"Neftçi"də yeni məşqçi

"Neftçi"də yeni məşqçi

“Neftçi”nin məşqçilər korpusuna yeni təyinat olub.

101.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Mübariz Orucov əsas komandada köməkçi məşqçi vəzifəsini yetirəcək.

47 yaşlı mütəxəssis bunadək “Qarabağ”ın U-15 və U-17 komandalarında baş məşqçi, “Sumqayıt” klubunda və 17 yaşadək Azərbaycan milli komandasında köməkçi məşqçi kimi çalışıb.

Mübariz Orucov futbolçu kimi “Xəzər” (Sumqayıt), “Viləş”, “Şəmkir”, “Qarabağ” və “Karvan” klublarında çıxış edib.

101.az (qol az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR