Ərdoğan Əliyevlə Türkiyənin oyununu izləyəcək

Ərdoğan Əliyevlə Türkiyənin oyununu izləyəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AVRO- 2020 çempionatı çərçivəsində baş tutacaq Türkiyə-Uels matçını Azərbaycanda izləyəcək.

101.az xəbər verir ki, bu barədə Ərdoğan Ədalət və İnkişaf Partiyasının qrup iclasında çıxış edərkən bildirib.

"Qardaşım Əliyevlə ikinci oyunu Azərbaycanda izləyəcəyik, cədvəlimizi belə qurduq”, - deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, futbol üzrə Türkiyə-Uels matçı iyunun 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR