Könlü çimərlik istəyəndə, xaricə gedir

Könlü çimərlik istəyəndə, xaricə gedir

Xalq artisti Məleykə Əsədova çimərliyə getməkdən qorxur.

101.az xəbər verir ki, aktrisa bu haqda "ATV maqazin onlarla" verilişində danışıb. O bildirib ki, çimərlik istəyəndə xaricə üz tutur:

"Gedirsən bir yerə istirahət etməyə. O gəlir, bu gəlir şəkil çəkdirir. Xoş duyğudur, insanların qəlbinə dəymək istəmirsən. Amma adam dincəlmək istəyir. Bakıda çimərliyə getmirəm. Xaricə gedirəm hər zaman. Dənizi sevirəm, amma bağım yoxdur. Hər yerimiz dənizdir, istəyəndə gedib baxıram".

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR