Göygöldə avtomobil qəzası olub, bacı-qardaş xəsarət alıb

Göygöldə avtomobil qəzası olub, bacı-qardaş xəsarət alıb

Göygöl rayonunda 2 nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

101.az-ın məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayon Yeni Qızılca kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində Daşkəsən rayon sakinləri 1957-ci il təvəllüdlü Hidayət İsaq oğlu İbrahimov və onun 1977-ci il təvəllüdlü bacısı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hər ikisi Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb

101.az (report az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR