Peruda avtobus dərəyə aşdı, 17 nəfər öldü

Peruda avtobus dərəyə aşdı, 17 nəfər öldü

Peruda avtobusun dərəyə aşması nəticəsində azı 17 nəfər həyatını itirib.

Bu barədə 101.az “Erepepe” radiostansiyasının saytına istinadən xəbər verir.

Onun məlumatına görə, insident Libertad əyalətində baş verib. 33 nəfəri daşıyan avtobus sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi 200 metr hündürlükdən dərəyə aşıb.

Hadisə nəticəsində 6 nəfər xəsarət alıb, onlar xəstəxanalara çatdırılıb. Hazırda xilasedicilər itkin düşmüş şəxslərin axtarışını aparır.

101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR