Peyvəndin ikinci dozasını 56 günə qədər vurdurmaq olar - Rəsmi

Peyvəndin ikinci dozasını 56 günə qədər vurdurmaq olar - Rəsmi

“Vaksin iki dozada vurulur. Peyvəndin ikinci dozasını 56 günə qədər vurdurmaq olar”.

101.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupun üzvü Nailə Daşdəmirova "COVID-19 Sertifikatı" mövzusunda çıxışında deyib.

O bildirib ki, müəyyən səbəblər olubsa və həmin şəxs 28 gün sonra peyvənd vurdura bilməyibsə, o zaman peyvəndi vurdurmaq mümkündür:

“Əgər ikinci dozanı vurdurmaq 56 günü keçibsə, o zaman həmin şəxs 6 aydan sonra yenidən 1 və 2-ci doza vaksin almalıdır”.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR