ABŞ Rusiyaya nota verdi

ABŞ Rusiyaya nota verdi

ABŞ səfirliyi Rusiyada həbsdə olan ABŞ vətəndaşı Trevor Ridin sərbəst buraxılmamasına görə Rusiya XİN-ə etiraz notası göndərib.

101.az xəbər verir ki, bu barədə ABŞ-ın Rusiyadakı səfirliyinin saytında bildirilib.

ABŞ-ın Moskvadakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili Bartle Gormanın verdiyi məlumata görə, ABŞ vətəndaşına 16 gündür konsulluq xidmətlərinin göstərilməsi üçün buraxılmaması ilə əlaqədar olaraq müvafiq nota 10 iyun tarixində Rusiya Xarici İşlər Nazirliyinə göndərilib.

Mayın 25-də Ridə koronavirus diaqnozu qoyulduğu qeyd olunur. Bundan sonra onun ailəsi və səfirliyin işçiləri ilə telefon əlaqəsi saxlamasına icazə verilməyib. Bundan əlavə, səfirliyin məlumatına görə, onlar Ridin səhhəti barədə iki həftədən çoxdur ki, məlumat ala bilməyiblər.

“Vətəndaşımızın sağlamlıq vəziyyəti ilə bağlı davamlı müraciətlərimiz nəzərə alınmır, bu da ikitərəfli Konsulluq Konvensiyasını və beynəlxalq Konsulluq əlaqələri haqqında Vyana Konvensiyasını açıq şəkildə pozur”,- deyə Qorman qeyd edib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl MakFol Rusiya Prezidenti Vladimir Putini 16 iyunda Cenevrədə amerikalı həmkarı Co Baydenlə görüşdən əvvəl Rusiyada mühakimə olunan ABŞ vətəndaşları - Trevor Rid və Pol Uilanı sərbəst buraxmağa çağırmışdı.

101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR