Mədəniyyət naziri Samir Şərifovun kino sahəsi ilə bağlı iradına münasibət bildirdi

Mədəniyyət naziri Samir Şərifovun kino sahəsi ilə bağlı iradına münasibət bildirdi

Mədəniyyət naziri Samir Şərifovun kino sahəsi ilə bağlı iradına münasibət bildirdiAnar Kərimov
Mədəniyyət naziri Anar Kərimov maliyyə naziri Samir Şərifovun Milli Məclisin iclasında kino sahəsi ilə bağlı iradlarına cavab verib.

101.az xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında bu iradın köhnə dövrə aid olduğunu bildirib.

"Bizə elə gəlir ki, bu, köhnə dövrə aid olan məsələdir. Biz cavabımızda nailiyyətlərimiz haqqında məlumat verdik. Qısa zamanda kifayət qədər işlər görülüb. Bundan sonra da kino sahəsində işlər davam etdiriləcək. Bu sahə elədir ki, qısamüddətli nəticələr gözləmək çətindir, çünki uzunmüddətli prosesdir. Hazırda "Azərbaycanfilm" kinostudiyasının maddi bazasının təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Bundan başqa, təmir-bərpa işləri də gözlənilir. Kino konsepsiyası yenidən işlənilir və onun beynəlxalq standartlara cavab verməsinə nail olmuşuq”, - o deyib.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR