Bu il Azərbaycanın məhsul ixrac və idxal etdiyi əsas ölkələr məlum olub

Bu il Azərbaycanın məhsul ixrac və idxal etdiyi əsas ölkələr məlum olub

Bu il Azərbaycanın məhsul ixrac və idxal etdiyi əsas ölkələr məlum olub.

101.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2021-ci ilin yanvar-aprel aylarında neft-qaz məhsulları üzrə ixracın 37,5 faizini İtaliyaya, 16,6 faizini Türkiyəyə, 5,5 faizini Hindistana, 5,3 faizini İspaniyaya, 4,9 faizini Gürcüstana, 3,1 faizini Rusiyaya, 3,0 faizini Portuqaliyaya, hər biri 2,8 faiz olmaqla Ukrayna və Xorvatiyaya, 2,7 faizini İsrailə, 2,5 faizini Tunisə, hər biri 1,9 faiz olmaqla Belarus və Çinə, 1,4 faizini Birləşmiş Krallığa, 1,1 faizini İsveçrəyə, 7,0 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (31,0 faiz), Rusiyaya (27,0 faiz), İsveçrəyə (9,8 faiz), Gürcüstana (7,7 faiz), ABŞ-a (3,3 faiz), Çinə (2,2 faiz), Türkmənistana (1,8 faiz), Ukraynaya (1,6 faiz), Belçikaya (1,3 faiz), Qazaxıstana (1,2 faiz), Almaniyaya (1,1 faiz), İrana (1,0 faiz), İtaliyaya (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,2 faizi Rusiya, 15,2 faizi Türkiyə, 12,3 faizi Çin, 6,9 faizi Almaniya, 4,3 faizi ABŞ, 4,0 faizi Ukrayna, 3,6 faizi İran, 3,5 faizi İtaliya, 2,7 faizi Birləşmiş Krallıq, hər biri 2,0 faiz olmaqla Koreya və Yaponiya, 1,7 faizi Fransa, 1,6 faizi Braziliya, 1,5 faizi Hindistan, hər biri 1,2 faiz olmaqla Belarus və Polşa, 18,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

Ümumilikdə qeyd olunan müddət ərzində Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 164 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 96 ölkəyə məhsul ixrac olunub, 152 ölkədən idxal olunub.

101.az (trend az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR