Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı 3 milyonu keçdi

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı 3 milyonu keçdi

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 42 843 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 284, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 559 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 032 516, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 971 930, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 060 586 təşkil edir.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR