Yayda ətrin qalıcılığını necə saxlamaq olar?

Yayda ətrin qalıcılığını necə saxlamaq olar?

Yayda isti hava, tər, günəşdən qoruyucu kremlər ətirlərdən istifadəni çətinləşdirir.

101.az isti havalarda belə ətrin qalıcılığını artıracaq bir neçə tövsiyəni təqdim edir.

Qat-qat vurun

Sevdiyiniz ətri müxtəlif formalarda və ya fərqli qoxuları eyni anda istifadə edərək vura bilərsiniz. Duş geli və ya bədən yağlarına əlavə edərək özünüzə xas qoxu yaradın.

Bədəninizin fərqli bölgələrinə sıxın

Biləklər və boyun xaricində digər yerlərə də vurun. Dirsəklərə, qarın və digər bölgələrə ətir vurmaq qoxunun uzun müddət qalıcılığını təmin edəcək. Saçları da unutmayaq. Saçlarınıza yüngül ətir vuraraq qoxunu daha qalıcı edə bilərsiniz.

Ətirləri otağınızda deyil, soyuducuda saxlayın

İsti hava ətrin tərkibinin dəyişməsinə və qalıcılığının azalmasına səbəb olur. Buna görə də parfümü soyuducuda saxlamağınız tövsiyə olunur.

Dərinizi nəmləndirin

Ətrin daha qalıcı olması üçün ən yaxşı fəndlərdən biri də təmiz və nəmli dəriyə çəkilməsidir. Duşdan çıxdıqdan sonra dərinizi nəmləndirmək ətirin bədəninizə daha yaxşı yapışmasına imkan verəcəkdir. Bu həm dərinizin qurumasının qarşısını alacaq, həm də günün istənilən

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR