Azərbaycan Gürcüstandan diri mal-qara idxalını 2 dəfədən çox artırıb

Azərbaycan Gürcüstandan diri mal-qara idxalını 2 dəfədən çox artırıb

Bu ilin ilk yarısında Azərbaycan Gürcüstandan 5,355 milyon ABŞ dolları dəyərində 2 446 ton diri iribuynuzlu mal-qara idxal edib.

101.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Ötən ilin eyni dövrünə nisbətdə məhsulun həcmi 2,3 dəfə artıb.

Yanvar-iyunda Azərbaycan qonşu ölkədən ümumi dəyəri 1,103 milyon ABŞ dolları olan 384,9 ton diri qoyun və keçi də tədarük edib.

101.az (report az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR