“Microsoft” xalis mənfəətini 2,3 dəfə azaldıb

“Microsoft” xalis mənfəətini 2,3 dəfə azaldıb

“Microsoft” şirkəti 2017-2018-ci illər üzrə 9 aylıq gəlirlərini açıqlayıb.
101.az -ın verdiyi məlumata görə, maliyyə ilinin yekunlarına əsasən şirkətin xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə azalaraq 7,698 mlrd. dollar, gəlirləri isə 13% artaraq 80,275 mlrd. dollar olub.

Bundan başqa, “Microsoft” şirkətinin maliyyə ilinin III rübündə xalis mənfəəti 35% artaraq 7,424 mlrd. dollar olub.

101.az (mənbə-“APA-Economics”)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR