Tacikistan prezidentinin bacısı koronavirusdan VƏFAT ETDİ

Tacikistan prezidentinin bacısı koronavirusdan VƏFAT ETDİ

Tacikistan Prezidenti Emomali Rahmona ağır itki üz verib.

101.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Tacikistan liderinin bacısı, 64 yaşlı Kurbonbi Rahmonova ötən gün vəfat edib.

Tacikistan Səhiyyə Nazirliyindən verilən məlumata görə, Rahmonova koronavirus infeksiyasına yoluxmuşdu. Düşənbədəki 5 saylı Klinik Xəstəxanada müalicə alırdı.

Raxmonova çərşənbə günü Tacikistanın cənubundakı Danqara bölgəsindəki kiçik vətənində dəfn ediləcək.

101.az (publika az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR