Magistraturaya qeydiyyatın müddəti uzadılıb

Magistraturaya qeydiyyatın müddəti uzadılıb

Ali təhsilin magistratura səviyyəsinə qəbul olmuş şəxslərin qeydiyyatı “portal.edu.az” platformasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən aparılır. Ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olmuş şəxslər iyulun 13-dən etibarən elektron qaydada qeydiyyatdan keçirlər.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, iyulun 21-i səhər saatlarına olan məlumata əsasən, 8941 (83 faiz) bakalavr müraciətini sistemə daxil edib. Ali təhsil müəssisələri tərəfindən hələlik 6574 (61 faiz) bakalavrın müraciəti qəbul olunub. Hazırda proses davam edir.

Bakalavrların nəzərinə çatdırılır ki, qeydiyyat müddəti iyulun 26-sı saat 23:59-dək uzadılıb

Bakalavrlar “portal.edu.az” platformasında qeydiyyatdan keçməli, yaradılmış kabinetə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR