"Çelsi" Levandovski ilə danışıq aparır

"Çelsi" Levandovski ilə danışıq aparır

"Bavariya"nın futbolçusu Robert Levandovski "Çelsi"yə keçə bilər.

101.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.

"Zadəganlar"ın polşalı hücumçunun agenti Pini Zaxavi ilə danışıq apardığı bildirilir. Levandovski üçün "Çelsi"nin edəcəyi təklifin maraqlı olduğu qeyd olunub. Forvard bundan əvvəlki açıqlamasında təkliflərə açıq olduğunu demişdi.

Qeyd edək ki, Levandovskinin Münhen klubu ilə 2023-cü ilə qədər müqaviləsi var.

101.az (qol az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR