Qurban Qurbanov Ozobiçin millimizdə oynamasına münasibət bildirib

Qurban Qurbanov Ozobiçin millimizdə oynamasına münasibət bildirib

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov xorvatiyalı futbolçu Filip Ozobiçin Azərbaycan millisinə cəlb edilməsinə münasibət bildirib.

"101.az" xəbər verir ki, təcrübəli mütəxəssis 30 yaşlı yarımmüdafiəçi ilə bu məsələ haqqında danışdığını söyləyib.

Qurbanov AFFA rəsmiləri ilə də söhbət etdiyini sözlərinə əlavə edib: "Milliyə faydalı olmasını istəyirəm. Onsuzda mən neçə illərdir ki, ondan komandam üçün faydalanmağa çalışıram. Yığmada oynamaq hər oyunçu üçün məsuliyyətdir. İnanıram ki, faydalı olacaq. İndi Ozobiçin daha çox milliyə faydalı olmasını düşünürəm, nəinki bizdə yerli pasportla oynamasını. Komandamızdan milliyə çox oyunçu gedib. Çalışmışıq ki, hamısı da yaxşı formada getsin. Ozobiçə uğurlar arzulayıram".

101.az (report az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR