Qadın futbolçu tarixə düşdü

Qadın futbolçu tarixə düşdü

Braziliyanın qadın futbolçularından ibarət milli komandasının üzvü Formiqa Olimpiya Oyunları tarixində yeni rekorda imza atıb.

101.az xəbər verir ki, 43 yaşlı yarımmüdafiəçi buna yığma ilə Tokio-2020-də iştirak etməklə nail olub. O, 7-ci dəfə Olimpiya Oyunlarında meydana çıxıb. Beləliklə, Formiqa öz rekordunu qıraraq, yarış tarixində yeni ən yüksək göstəricini müəyyənləşdirib.

Qeyd edək ki, Formiqa Tokio-2020 başa çatdıqdan sonra millidən ayrılacaq.

101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR