Elvar Osmanov: "Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub"

Elvar Osmanov: "Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub"

22 iyul Milli Mətbuat Günüdür. Mətbuat cəmiyyətin aynası, ictimai şüurun, mənəviyyatın inikasıdır. Tariximizin bu səhifəsi 1875-ci il iyulun 22-də görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetinin əsasının qoyması ilə açılmışdır, bu da xalqımızın milli oyanışında yeni bir mərhələ olmuşdur. Bu sözləri Azərbaycan Reqbi Federasiyasının vitse-prezidenti Elvar Osmanov 101.az-a açıqlamasında bildirib.

O bildirirb ki, Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Ümummilli Liderin layiqli varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.

Elvar Osmanov əlavə edib ki, media institutunun inkişafı cəmiyyətin maarifləndirilməsində xüsusi rol oynayır. Media subyektlərinin elm-təhsil, sosial-humanitar, vətənpərvərliyin aşılanması işində peşəkar şəkildə iştirakı nəzərə çarpır. Pandemiya və müharibə dövründə media nümayəndələrinin yüksək peşəkarlıqla iştirakının şahidi olduq. Xüsusilə Vətən müharibəsi zamanı Azərbaycan mediası öz üzərinə düşən işi layiqincə yerinə yetirdi, informasiya müharibəsində dezinformasiyanın qarşını ala bildi. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə əlaqədar bölgədə yeni reallıqlar yarandı. Əminəm ki, bu reallıqların dünyada düzgün tanıdılması və informasiya müharibəsində milli mediamız öz peşəkarlığını göstərəcək. “Fürsətdən istifadə edərək media nümayəndələrini Milli Mətbuat və Jurnalistika Günü münasibətilə təbrik edirəm”-deyə o qeyd edib.

101.az

Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR