Putin və Paşinyan arasında telefon danışığı olub

Putin və Paşinyan arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında telefon danışığı olub.

101.az TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər regiondakı vəziyyəti, 2020-ci il noyabrın 9-da və 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli razılaşmaların icrasını, o cümlədən regionda kommunikasiyaların açılmasını və digər məsələləri müzakirə ediblər.

101.az (unikal org)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR