"Hamısı bir-birinə oxşayır, seçə bilmirəm" - Müğənniləri tənqid etdi

"Hamısı bir-birinə oxşayır, seçə bilmirəm" - Müğənniləri tənqid etdi

"Bu il çox sənət adamlarını itirdik. Nə qədər dostumuz dünyasını dəyişdi. Səməd Səmədovun ölümünü eşidəndə donub qaldım. Hələ də inana bilmirəm".

101.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rühəngiz Musəvi "Anamın yeməyindən yoxdur" verilişində deyib. Müğənni son vaxtlar dünyasını dəyişən sənət adamlarından bəhs edib. O bildirib ki, gənclər arasında onlar kimi istedadlısı yoxdur.

Müğənni daha xanımların son vaxtlar bir-birinə bənzədiyini irad tutub:

"Qaymaqlar getdi, gəlməyəcək yeniləri. O dövrün oxuyanlarının hərəsinin öz dəsti xətti, tembri var idi. Bir-birinə oxşamırdı. İndikilərin əksəriyyəti bir-birinə oxşayır. Fərqlənmirlər. Xarici görünüşü də belədir. Hamı bir-birinə oxşayır: eyni burun, yanaq, dodaq. Mən xoşbəxtəm ki, seçilirəm. Allah məni qoruyub saxlayıb, özümə görə xarici görünüşüm var. Zöhrə Abdullayeva deyirdi ki, hamısı oxşayır, heç biri yadımda qalmır. Məndən heç kim inciməsin. Bundan sonra tarix göstərəcək gənclərdən kimlər qalacaq".

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR