Tokio-2020: Ruslan Lunyov mübarizəni dayandırdı

Tokio-2020: Ruslan Lunyov mübarizəni dayandırdı

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

101.az-ın məlumatına görə, kiçikçaplı tapançadan 25 metr məsafəyə atəşaçma yarışında çıxış edən idmançı ikinci təsnifat mərhələsində 286 xal toplayıb.

O, ilk gündə 281 xal qazanmışdı. Yekunda 567 xal toplayan Lunyov finala yüksəlmək şansını itirib.

Həlledici raundda ən yaxşı nəticə göstərmiş 6 atıcı iştirak edəcək.

Qeyd edək ki, Ruslan Lunyov iyulun 24-də kiçikçaplı tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 20-ci yerlə kifayətlənib.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR