Bu il BTC ilə 160 tanker Azərbaycan nefti dünya bazarlarına satılıb

Bu il BTC ilə 160 tanker Azərbaycan nefti dünya bazarlarına satılıb

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən “BOTAS International Limited” (BIL) 2021-ci ilin əvvəlindən avqust ayına qədər 115 811 354 barelə yaxın neft nəql edib.

101.az “BOTAS International Limited”dən əldə etdiyi məlumata əsasən, 2021-ci ilin əvvəlindən avqust ayının əvvəlinə qədər BTC boru kəməri ilə nəql edilən neft Ceyhan terminalında 160 tankerə yüklənərək dünya neft bazarlarına yola salınıb.

BTC-nin Ceyhan terminalından 2006-ci ildən bu günə qədər 3 686 826 821 barel neft nəql edilib. Bu neftin daşınmasında 4 819 tankerdən istifadə edilib.

Qeyd edək ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğuldur. Şirkət 2006-cı ilin 2 iyun tarixindən etibarən Ceyhan terminalından xam neftin nəql edilməsi prosesinə start verib.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR