"Çukur"dakı obrazı ilə məşhurlaşan aktyor yanğın ərazisində

"Çukur"dakı obrazı ilə məşhurlaşan aktyor yanğın ərazisində

"Çukur" serialında canlandırdığı "Emrah" obrazı ilə məşhurlaşan aktyor Alperen Duymaz Türkiyədə davam edən meşə yanğınlarının söndürülməsi əməliyyatlarına qatılıb.

101.az türk mediasına istinadən xəbər verir ki, sosial media hesabında paylaşım edən aktyorun Fəthiyə bölgəsində olduğu görünüb. Yanğınların söndürülməsi prosesində tankerlərdə suyun bitməsindən narazı olduğunu ifadə edən Alperenin ünvanına çox sayda dəstək mesajları gəlib.

Qeyd edək ki, Alperen Duymaz sonuncu dəfə "Son yaz" adlı serialda rol alıb.

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR