Manolova medalsız qaldı

Manolova medalsız qaldı

Daha bir Azərbaycan güləşçisi avqustun 3-də Tokio Olimpiadasında təsəlliverici görüşdə iştirak edib.

“101.az” xəbər verir ki, qadın güləşi yarışlarında 68 kiloqram çəki dərəcəsində çıxış edən millimizin üzvü Elis Manolova startda nigeriyalı Blessinq Oborududuya məğlub olub.

Ancaq rəqib finala vəsiqə qazandığı üçün güləşçimiz təsəlliverici görüşə çıxıb. Onun rəqibi Qırğızıstan idmançısı Mirim Jumanazarova olub. Rəqibinə məğlub olan E.Manolova yarışı medalsız başa vurub

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR