İyul dünyada ilin ən isti ayı olub

İyul dünyada ilin ən isti ayı olub

2021-ci ilin iyul ayında dünya üzrə temperatur meteoroloji müşahidə tarixində ən yüksək temperatur olub.

“101.az” xəbər verir ki, bu barədə məlumatı Okean və Atmosfer araşdırmaları İdarəsi yayıb.

Məlumatda qeyd olunur ki, iyul ilin ən isti ayı olub.

Həmçinin bildirilir ki, ay ərzində temperatur Şimali Amerikanın bəzi hissələrində, Cənubi Amerikanın şimal və cənub hissələrində, Şimali Afrikada, Asiyanın cənub hissəsində və s. bir çox ərazidə orta göstəricidən yüksək olub.

101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR