Şimali və Cənubi Koreya liderləri görüşüb

Şimali və Cənubi Koreya liderləri görüşüb

KXDR və Cənubi Koreya liderləri Kim Çen In və Mun Çje İn hərbi demarkasiya sərhədində bir-biri ilə salamlaşıblar və əl sıxıblar.

101.az RİA "Novosti"yə istinadən xəbər verir ki, tərəflər məntəqənin demilitarizasiya zonasının cənub hissəsində Cənub və Şimal arasında münasibətlərin yaxşılaşdırılması, sülh və birləşmə perspektivləri barədə danışıqlar aparacaq.

Cənubi Koreya və KXDR prezidentləri Mun Çje İn və Kim Çen In arasında sərhəddə yerləşən Pxanmuncom kəndində aparılan danışıqların birinci mərhələsi başa çatıb.

Şimali Koreya lideri və rəhbərlik etdiyi nümayəndə heyəti öz maşınları ilə nahar fasiləsi üçün Pxanmuncom hərbi demarkasiya xəttini keçərək şimala qayıdıb.

Onun avtomobilini qaçan mühafizəçilər müşayiət edib.

KXDR və Cənubi Koreya liderləri Pxanmuncomda görüş zamanı bir-birinin əlini sıxıblar.

Şimali və Cənubi Koreya liderləri Kim Çen İn və Mun Çje İn keçirdikləri görüş zamanı Koreya yarımadasının nüvə silahından təmizlənməsi, sülhün bərqərar olunması və ölkələr arasında münasibətlərin yaxşılaşdırılması məsələlərinə toxunublar.

Qeyd edək ki, bu barədə Seul Administrasiyasının rəsmi nümayəndəsi bildirib.

"Hər iki lider bu danışıqlarda Koreya yarımadasının nüvə silahından təmizlənməsi, davamlı sülhün yaradılması məsələləri və Cənub ilə Şimal arasında əlaqələrin inkişafının istiqamətləri ətrafında səmimi dialoq qurdu", - mənbə bildirib.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR