Çinli turist pis qoxuya görə həbs olundu

Çinli turist pis qoxuya görə həbs olundu

Meksikada çantasında nəsli kəsilməkdə olan balığın orqanları aşkarlanan çinli turist saxlanılıb.

101.az xəbər verir ki, Mexiko şəhərinin beynəlxalq aeroportunun əməkdaşları turistin baqajından kəskin xoşagəlməz qoxu hiss edib.

Şübhəli çantaya baxış zamanı oradan totoaba balıqlarına aid 416 üzmə kisəsi üzə çıxıb.

600 dollar məbləğində cəriməni ödədikdən sonra turistin şərti olaraq azad edildiyi bildirilir.

“Qırmızı kitaba” düşmüş totoaba balığının üzmə kisəsi Çində qara bazarda nə az, nə çox 20 min dollara satılır. Çin milli təbabətinə görə, balığın bu orqanının cavanlaşdırıcı xüsusiyyəti var. Onun qanunsuz alveri ilə brakonyerlər və narkotik vasitə satan mütəşəkkil dəstələr məşğul olur.

Qeyri rəsmi olaraq bu balığın üzmə kisəsini “dənizin kokaini” adlandırırlar

101.az(mənbə-oxu.az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR