"Onlayn dərsdə istədiyin keyfiyyət olmur" - Mənsum İbrahimov

"Onlayn dərsdə istədiyin keyfiyyət olmur" - Mənsum İbrahimov

"Muğam müsabiqəsi Şuşada keçirilə bilər".

101.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti, muğam ifaçısı Mənsum İbrahimov deyib.

Sənətçi bu il üçün keçirilməli olan Muğam müsabiqəsinin pandemiya səbəbindən təxirə salındığını da vurğulayıb:

"Bu il müsabiqənin vaxtı idi, amma olmadı, pandemiya imkan vermədi. Muğam müsabiqəsi canlı və tamaşaçı ilə keçirilməlidir. Müsabiqə tamaşaçısız olsa, o effekti verməyəcək. Hələ bundan əvvəl də müsabiqənin seçim turu olmalıdır. Seçim turu da bölgələrdə aparılır. Öncə müsabiqədə iştirak üçün 20 nəfər seçilməlidir".

Sənətkar teatr və konsert salonlarının açılmasına ümid etdiyini bildirib:

"Yaradıcılıqdan, səhnədən uzaq qalmaq sənət adamları üçün çox çətindir. İki ilə yaxındır ki, səhnəyə çıxmırıq, teatr və konsert salonlarımız bağlıdır. Yoluxma çoxdur, görək nə qərar verəcəklər. Amma hələ rəsmi sevindirici xəbər yoxdur. Təkçə teatr deyil, konsert salonlarımız da qapalıdır. Ümid bəsləyirik ki, vaksinləşmə prosesindən sonra bəlkə yayılma azalar, salonlar açılar. Dərslərimiz də dayanıb. Bütün dərslər onlayndır. Onlayn dərsdə istədiyin səviyyə və keyfiyyət olmur, xüsusən də muğam sənətində".

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR