Azərbaycandan “Oskar”a təqdim olunacaq filmlərin qəbulu başlayıb

Azərbaycandan “Oskar”a təqdim olunacaq filmlərin qəbulu başlayıb

Avqustun 30-da Azərbaycan filmlərinin Amerika Kino Akademiyasının “Oskar” mükafatına təqdimatı üzrə Komissiyanın növbəti iclası keçirilib.

Bu haqda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib.

O qeyd edib ki, professor Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi və üzvlərin yeniləndiyi komissiyanın iclasında yeni qərar alınıb. Qərara əsasən 2020–2021-ci illərdə xarici fimlər nominasiyası üzrə çəkilmiş filmlərin prodüserləri tərəfindən adıçəkilən komissiyaya 1 nüsxə DVD formatında təqdim olunmalıdır.

Qeyd edək ki, filmlər geri qaytarılmır və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının fondunda saxlanılır. Fimlər komissiyaya sentyabrın 20-dək təqdim olunmalıdır.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR