Leyla Əliyevanın kitabı fin dilində nəşr olunub

Leyla Əliyevanın kitabı fin dilində nəşr olunub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Açıq pəncərə” şeirlər toplusu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Finlandiyanın “Palladium kirjat” nəşriyyatında fin dilində nəşr olunub.

“101.az” xəbər verir ki, kitabın ön sözündə Leyla Əliyevanın bioqrafiyası və lirikası barədə oxuculara məlumat verilib, onun sosial və ictimai fəaliyyətindən geniş bəhs olunub. Kitab fin dilində 800 nüsxə çap olunub.

Qeyd edək ki, “Açıq pəncərə” kitabını fin dilinə Helsinkidə yaşayan məşhur tərcüməçi və yazıçı, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Tahirə Cəfərova tərcümə edib.

Tahirə Cəfərova Finlandiya Yazıçılar İttifaqının, CEATL Avropa Tərcüməçilər Birliyinin və Fin-Pen klubunun üzvüdür. O, uzun illər Tampere Universitetində Ədəbiyyat və İncəsənət kafedrasında çalışıb. 20 ildən çoxdur ki, fin ədəbiyyatının tərcüməsi ilə məşğul olur. Bir neçə fin şairinin uşaq şeirlərini və həmçinin bir sıra pyesləri Azərbaycan dilinə tərcümə edib.

Azərbaycan diasporunun fəal təmsilçisi Tahirə Cəfərova bu günədək Finlandiyada Azərbaycan ədəbiyyatını tanıtmaq üçün xeyli işlər görüb, bir sıra ədəbi nümunələri fin dilinə tərcümə edib.





101.az

Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR