Məşhur futbolçu psixoloji problemlərinə görə istefa verdi

Məşhur futbolçu psixoloji problemlərinə görə istefa verdi

"Anderlext"in məşqçisi Kreyq Bellami psixoloji problemlərinə görə vəzifəsindən istefa verib.

101.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Komandada baş məşqçi Vinsent Kompaniyə köməkçilik edən 42 yaşlı mütəxəssisin psixoloji problemləri olduğu bildirilib və onun müalicə almaq üçün vəzifəsindən istefa verdiyi qeyd olunub.

Qeyd edək ki, Bellami "Anderlext"in U-21 komandasında da məşqçi işləyib. Uels millisinin futbolçusu olmuş Bellami futbolçu karyerasında "Mançester Yunayted", "Liverpul" kimi komandalarda oynayıb.

101.az (qol az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR