Poqba qalır

Poqba qalır

"Mançester Yunayted"in futbolçusu Pol Poqba klubdan ayrılmayacaq.

101.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "qırmızı şeytanlar" ilə müqaviləni uzatmaq qərarına gəlib.

Bir müddət əvvəl oyunçu yeni anlaşmadan imtina etmişdi. Lakin Poqbanın fikrinin dəyişməsinə “Nyukasl”la oyun (4:1) səbəb olub. Kriştiano Ronaldonun dönüşündən sonrakı ilk qarşılaşmanın parlaq alınması Polun qərarına təsir edib.

Qeyd edək ki, Poqbanın hazırkı sözləşməsi gələn ilin yayına qədərdir.

101.az (qol az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR