"Omoniya"nın baş məşqçisi: "Qarabağ" səviyyəmizə yaxın komandadır"

"Omoniya"nın baş məşqçisi: "Qarabağ" səviyyəmizə yaxın komandadır"

"Bizdən asılı olan hər şeyi etmək istəyirik. Qrupumuzda məğlubedilməz komanda yoxdur. Eyni zamanda, hər birinə uduzmaq da mümkündür".

101.az-ın məlumatına görə, bunu "Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Kipr "Omoniya"sının baş məşqçisi Henninq Berq deyib.

Norveçli mütəxəssis qrupdakı rəqibləri dəyərləndirib: "Bazel" yüksək səviyyəli komandadır. "Qarabağ" səviyyəmizə yaxın kollektivdir. "Kayrat"ın hansı vəziyyətdə olduğuna isə baxmaq lazımdır".

Qeyd edək ki, "Omoniya" sentyabrın 16-da "Kayrat"ın qonağı olacaq. Ağdam təmsilçisi isə Bakıda İsveçrə "Bazel"i ilə qarşılaşacaq. Nikosiya klubu sentyabrın 30-da isə "köhlən atlar"ı qəbul edəcək.

101.az (report az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR