SpaceX orbitə daha 51 "Starlink" peykini buraxdı

SpaceX orbitə daha 51 "Starlink" peykini buraxdı

ABŞ-ın "SpaceX" şirkəti sentyabrın 14-də "Falcon 9" raketinin kosmosa buraxılmasını uğurla icra edib.

101.az xəbər verir ki, bu barədə şirkətin "Twitter" səhifəsində məlumat verilib. Raket "Starlink" layihəsi çərçivəsində peyklərin yenilənmiş versiyalarının ilk partiyasını orbitə daşıyıb.

Raket Kaliforniyadakı Vandenberq bazasındakı ABŞ Kosmik Qüvvələrinin kosmodromundan uçub.

Yeni peyklər yerüstü stansiyalar vasitəsilə məlumatların ötürülməsi zamanı vaxt itkisini minimuma endirməyə imkan verən lazer rabitə xətləri ilə təchiz edilib.

101.az (unikal org)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR