Bakıda "patı" açıq reklam olunur - Polis hərəkətə keçdi

Bakıda "patı" açıq reklam olunur - Polis hərəkətə keçdi

Bakıda narkotik alverçilərinin onlayn şəbəkəsi yaranıb. Narkotik alverçiləri, xüsusilə də "patı" (Metamfetamin) alverçiləri artıq sosial şəbəkə vasitəsilə onlayn çatdırma xidməti təklif edirlər. Həmin şəxslər "Telegram" və digər sosial şəbəkələrdə elanlar verməklə narkotik maddələri ünvana çatdırma xidməti təklif edirlər.

101.az-ın məlumatına görə, Bakının Yasamal rayonunda isə daha biabırçı vəziyyət yaranıb. Naməlum şəxslər narkotik maddələrin onlayn çatdırılması ilə bağlı olan sosial şəbəkə hesablarındakı "nik"lərini artıq yaşayış binalarının giriş bloklarına elan kimi yapışdırmaqla narkotik alverini təbliğ edirlər. Həmin şəxslər adıçəkilən virtual hesablarda "patı" və digər narkotik vasitələrin onlayn çatdırılma üsullarını da açıqlayırlar.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti ilə əlaqə saxladıq. Nazirliyin ictimai qurumlarla iş şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev 101.az-ın sorğusuna cavab olaraq bildirdi ki, artıq adıçəlikən ərazidə elanların yerləşdirilməsi və sosial şəbəkələrdəki həmin hesablarla bağlı araşdırmalara başlanılıb.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR