Gəncədə sakinlər asudə vaxtlarından səmərəli istifadə edirlər

Gəncədə sakinlər asudə vaxtlarından səmərəli istifadə edirlər

Qədim tarixə malik olan Gəncə hər zaman öz görünüşü ilə insanların rəğbətini qazanıb. Müasirliklə qədimliyin vəhdətini təşkil edən bu şəhərdə son illərdə yenidənqurma və abadlıq işləri geniş vüsət alıb. Demək olar ki, hər gün şəhərin Heydər Əliyev Park Kompleksində, Xan Bağında, Gəncə Park Bulvar Kompleksində, Heydər Əliyev meydanında və digər istirahət guşələrində iməciliklər və təmir-bərpa işləri aparlır. Görülən işlərin mərkəzində isə sakinlərin rahatlığı, asudə vaxtlarının səmərəli təşkili, istirahətləri dayanır.

Xüsusilə, günün axşam saatlarında parklarda quraşdırılan fəvvarələrin, uşaq əyləncə meydançalarının, idman qurğularının ətrafında sakinlərimizin istirahətini müşaidə etmək olar. Bununla yanaşı, Heydər Əliyev Park-Kompleksində və Xan Bağında açıq kitabxanalar da quraşdırılıb. Buradan hər bir sakin sərbəst şəkildə yararlana, zövqünə uyğun kitablardan yerində ödənişsiz istifadə edə bilər.

Sakinlərin üz tutduqları parklardan biri də Mirzə Şəfi Vazeh parkıdır. Onların bura axın etmələrinə əsas səbəb Gəncənin məşhur “Üç bulaq” kompleksidir. Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun təşəbbüsü ilə sözügedən bulaq əsaslı şəkildə təmir olunub və davamlı içməli su ilə təmin olunub. Həmin ərazidə də geniş abadlıq və quruculuq tədbirləri görülüb.

Bildirək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin müvafiq qurumlar tərəfindən aparılan işlər davamlı olaraq həyata keçiriləcəkdir. Sakinlərdən isə bu işlərə dəstək olmaları, şəhərin təmizliyinə riayət etmələri xahiş olunur.























101.az







Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR