"Bu stadionda oyunumuz alınmır" - Maksim Medvedev

"Bu stadionda oyunumuz alınmır" - Maksim Medvedev

"Qarabağ"ın kapitanı Maksim Medvedev Konfrans Liqasının qrup mərhələsinin 1-ci turunda sabah "Bazel"lə keçirəcəkləri matç haqqında fikirlərini bölüşüb.

101.az xəbər verir ki, 31 yaşlı müdafiəçi oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib:

31 yaşlı futbolçu bildirib ki, komandada ab-hava yaxşıdır: "Sabah bizi ağır oyun gözləyir. Çox məsuliyyətli matç olacaq. Səbrisizliklə bu qarşılaşmanı gözləyirik. İstəyirik ki, özümüzü yaxşı tərəfdən göstərək. Baş məşqçinin tapşırıqlarını yerinə yetirsək, yaxşı nəticə qazana bilərik. Rəqibi analiz etmişik. Bunun üçün yenə də vaxtımız var".

Medvedev Bakı Olimpiya Stadionunda istədikləri kimi çıxış edə bilmədiklərini söyləyib:

"Tofiq Bəhramov adına Respublika Stadionuna öyrəşmişik. Ora bizim üçün uğurlu arenadır. Bakı Olimpiya Stadionunda oyunumuz alınmır və nəticə qazana bilmirik. Bu tilsimi qırmaq istəyirik".

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Bazel" görüşü saat 20:45-də başlayacaq.

101.az (qol az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR