"Qarabağ"ı yetərincə analiz etmişik"

"Qarabağ"ı yetərincə analiz etmişik"

"Bakı çox gözəl şəhərdir. Bakı Olimpiya Stadionu da yaxşı arenadır. Sabahkı matçı səbrsizliklə gözləyirik".

Bu fikirləri İsveçrə "Bazel"inin futbolçusu Eray Cömert Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin l tur oyunundan əvvəl mətbuat konfransında deyib.

Müdafiəçi görüşə yaxşı hazırlaşdıqlarını bildirib: "Asan olmayacağını bilirik. Rəqibi yetərincə analiz etmişik. Onların fiziki durumu yüksək səviyyədədir".

Qeyd edək ki, sentyabrın 16-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Bazel" qarşılaşması saat 20:45-də başlayacaq

101.az (qol az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR