Özcan Dəniz hakim qarşısına çıxdı

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb.

101.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:

"Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyətə salmaq istəyir. Boşanmaq üçün mən müraciət etmişəm. Şiddət görən qadın olaraq o məhkəməyə müraciət etməyib".

Şahidlərin dinlənilməsi üçün məhkəmə başqa bir günə təyin olunub.

Qeyd edək ki, Özcanla Feyza 2018-ci ildə ailə qurub. Cütlük bir il sonra boşanıb. Onların Kuzey adlı bir oğlu var.

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR