Səyyad Əlizadənin bacısı ölkə rəhbərliyinə müraciət etdi - Video

Səyyad Əlizadənin bacısı ölkə rəhbərliyinə müraciət etdi - Video

Xəbər verdiyimiz kimi, koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin vəziyyəti ağırdır. Bu gün yaxınları onun komaya düşdüyünü açıqlayıb.

101.az xəbər verir ki, sənətçinin bacısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib. Sözügedən videomüraciət sosial şəbəkələrdə paylaşılıb.

"Bütün Azərbaycanın ümid yeri, sevimli Prezidenti İlham Əliyev və hamıya kömək olan xanımlar xanımı Mehriban xanım, mən "Bəyaz gecələr"i xalqa sevdirən tanınmış müğənni Səyyad Əlizadənin bacısıyam. Səyyadım indi zülmətdədir. Sizdən kömək istəyirəm. Ümid yerim sizsiniz. O, mənim hər şeyim, bütün nəslimizin sevincidir" deyə, müraciətdə bildirilib.



101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR