Dövlət Departamenti Səudiyyə Ərəbistanı ilə hərbi müqaviləni təsdiqlədi

Dövlət Departamenti Səudiyyə Ərəbistanı ilə hərbi müqaviləni təsdiqlədi

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanında olan ABŞ istehsalı helikopterlərin texniki qulluğuna dair hərbi müqaviləni təsdiq edib.

“101.az” xəbər verir ki, müqavilənin dəyəri təxminən 500 milyon ABŞ dollarıdır.

Söhbət “AH-64D/E Apache”, “UH-60L Black Hawk”, “UH-60M Black Hawk”, “Schweizer 333”, “Bell 406CS” və “Boeing” şirkətinin “CH-47F Chinook” helikopterlərindən gedir.

Konqres qərarla bağlı məlumatlandırılıb. Qanunvericilərə bu yeni hərbi müqaviləni öyrənmək və bəlkə də bloklamaq üçün 30 gün vaxt verilir.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR