1800 manatlıq oğurluğa görə 10 il həbs edildilər

1800 manatlıq oğurluğa görə 10 il həbs edildilər

Bakıda dostu ilə birlikdə bibisinin evindən oğurluq edən şəxsin məhkəmə prosesi başa çatıb.

“101.az” xəbər verir ki, bu ilin aprelində Kənan İsmayılov tanışı Elman Şahmuradovla birlikdə tək yaşayan bibisi Gülər Muradovanın (soyad şərtidir) evinə girərək ondan pul və qızıl-zinət əşyaları tələb ediblər. Pulların yerini deməyəcəyi təqdirdə qadını öldürməklə hədələyiblər.

Kənan və Elman evdən 1.500 manat nağd pul və 267 manat dəyərində qızıl və digər əşyaları götürüblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onların hər biri 10 il müddətə azadlıqdan məhrum ediliblər.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR