Həyətində yıxılan Samux sakini ölüb

Həyətində yıxılan Samux sakini ölüb

Samuxda bədbəxt hadisə baş verib.

Hadisə rayonun Çobanabdallı kəndində qeydə alınıb.

1964-cü il təvəllüdlü Rəhimov Ədil həyəti suvarmaq üçün su açan zaman yıxılıb. Xəstəxanaya aparılan 57 yaşlı kişinin öldüyü məlum olub.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

İlkin məlumata görə, mərhum ürək tutmasında dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

101.az (APA)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR