İsveçrə Fransanı aldadıb? - Prezidentlərin görüşü ləğv edildi

İsveçrə Fransanı aldadıb? - Prezidentlərin görüşü ləğv edildi

İsveçrə və Fransa prezidentləri arasında planlaşdırılmış görüş ləğv edilib.

101.az xəbər verir ki, buna səbəb Bernin fransız deyil, ABŞ təyyarələrinə üstünlük verməsi olub.

Bildirilib ki, İsveçrə qəzetləri "Le Matin Dimanche" və "SonntagsZeitung" məhz müvafiq qərarın ardından Fransa tərəfinin təşəbbüsü ilə ölkə prezidenti Makronun isveçrəli həmkarı və iqtisadiyyat naziri ilə bu ilin noyabrında keçiriləcək danışıqlar ləğv olunub.

Məlumata görə, İsveçrə 36 ədəd "Lockheed Martin F35A" təyyarəsinin alınması barədə qərarı hələ iyun ayında qəbul edib. Buna baxmayaraq, ölkənin müdafiə nazirliyi "Rafale" təyyarələrinin istehsalçısı olan Fransanın "Dassault" şirkətilə aparılan danışıqları davam etdirib.

İsveçrənin İqtisadiyyat Nazirliyi Makronla görüşün keçirilməyəcəyini təsdiq etsə də, onun işçi qrafikinin tərtibatının hələ başa çatmadığını vurğulayıb.

101.az (unikal org)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR