Rusiyada universitetdə atışma, yaralılar var - Yenilənir

Rusiyada universitetdə atışma, yaralılar var - Yenilənir

Perm Dövlət Universitetinə silahlı basqın nəticəsində ölən və yaralananların sayı artıb.

“101.az” TASS-a istinadən xəbər verir ki, ölənlərin sayı 5-ə çatıb.

Hücum nəticəsində 14 nəfər yaralanıb.

11:40
Perm Dövlət Universitetinə silahlı hücum edən şəxs 18 yaşlı Timur Bekmansurovdur.

“101.az” Rusiya mediasına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları terrorçunu saxlayıb.

T.Bekmansurov ilkin ifadəsində bu hücumu uşaqlıqdan planlaşdırdığını və 10-cu sinifdən bəri bunun üçün pul yığdığını deyib. O, həmçinin hansısa radikal təşkilatın üzvü olmadığını bildirib.

11:24
Rusiyanın Perm Dövlət Universitetinə silahlı basqın olub.

“101.az” “Haber Global”a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Məlumata görə, silah səsləri tələbələr arasında təlaşa səbəb olub. Onlar özlərini pəncərələrdən atıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.



101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR