Səhnədən 12 minlik sazını oğurladılar

Səhnədən 12 minlik sazını oğurladılar

Festivalda səhnəyə çıxan müğənni Buray gözlənilməz vəziyyətlə qarşılaşıb.

101.az türk mediasına istinadən xəbər verir ki, ifaçının 12 min lirə (2 min 344 manat) dəyərində sazı oğurlanıb. Hadisənin sıxlıq səbəbindən tamaşaçıların səhnəyə çıxdığı vaxt yaşandığı bildirilir. Polis məsələ ilə bağlı araşdırmaya başlayıb.

Hadisənin ardından açıqlama verən Buray konsertlərində qırmızı ayaqqabıların ona şans getirdiyini, lakin həmin gün geyinmədiyinə görə belə olduğunu bildirib.

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR