Əhaliyə ŞAD XƏBƏR - Kredit faizləri...

Əhaliyə ŞAD XƏBƏR - Kredit faizləri...

"Azərbaycanda kredit faizləri ilə bağlı vəziyyət mürəkkəbdir".

101.az bildirir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, bankların verdiyi kreditlərin yüksək olması makroiqtisadi səbəblərdən qaynaqlanmır.

"Kreditlər üzrə faiz dərəcələrinin yüksək olmasının səbəblərini digər şərtlərdə axtarmaq lazımdır. Kreditlərə olan tələb və təklif nisbətini müəyyənləşdirilməlidir. Mən burada sağlam tələb və təklifi nəzərdə tuturam. Bilirsiniz ki, bank sektoru kredit verəndə risklərini qiymətləndirmək istəyir. Makroiqtisadi sabitlik siyasəti, monetar şəraitin normallaşdırılması tədbirləri davam etdiriləcək. Müvafiq qurumlarla birlikdə kreditlərin eko sistemi və risklərin aradan qaldırılması istiqamətində addımlar atmalıyıq. Bundan sonra yaxın gələcəkdə biz kreditlər üzrə faiz dərəcələrinin aşağı salınması, xüsusilə bazarın təklif etdiyi ipoteka kreditləri üzrə faiz dərəcələrinin birrəqəmli səviyyəyə düşməsindən daşına bilərik. Bunun üçün çox işlər görməliyik", - deyə E.Rüstəmov vurğulayıb.



101.az (Publika.az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR