Moskvada terror aktının qarşısı alınıb

Moskvada terror aktının qarşısı alınıb

Moskvada terror aktının qarşısı alınıb.
101.az-ın verdiyi xəbərə görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən terror planlaşdıran İŞİD üzvü olan 4 nəfər saxlanılıb.

FTX-nin mətbuat xidmətindən bildirilib ki, həmin şəxslər paytaxta Novıy Urenqoy şəhərindən gəliblər. Onlar Moskva ərazisində bir sıra ağır terror hücumları planlaşdırırdılar.

Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həmçinin Novıy Urenqoy şəhərində xüsusi əməliyyat keçirilib. Nəticədə 20 nəfər saxlanılıb. Araşdırma zamanı onların üzərində İŞİD-in fəaliyyətini təbliğ edən materiallar aşkar edilib.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR