Bayram günlərində banklar gücləndirilmiş rejimdə işləyəcək

Bayram günlərində banklar gücləndirilmiş rejimdə işləyəcək

Ramazan bayramı və Milli Qurtuluş Günü ilə əlaqədar olaraq cari ilin 15-19 iyun tarixlərində Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) tövsiyəsi ilə banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Palatadan 101.az-a verilən məlumata görə, bayram günləri ərzində ölkə vətəndaşları və qonaqların valyuta mübadiləsi xidmətlərindən rahat faydalana bilmələri üçün 22 bankın 57 filial və şöbəsi müştərilərə xidmət göstərəcək. Bankların Bakı şəhərində yerləşən 8 filial və şöbəsi isə 24 saat çalışacaqdır.

Palatanın əməkdaşlarından ibarət olan xüsusi monitorinq qrupu bayram günlərində, həmçinin fəaliyyət göstərərək yarana biləcək hər hansı problemlə əlaqədar ölkə vətəndaşlarının və qonaqların müraciətlərini qəbul edəcəkdir.

Əlaqələndirici şəxs: Azər İsgəndərov

E-mail: [email protected]

Mob: (+994) 55 500 82 22

Qeyri-iş günləri ərzində valyuta mübadiləsi əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirəcək bankların filial və şöbələrinin siyahısı.

101.az (Publika.az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR